Restoranlarda texniki nəzarət tədbirlərinə fikir verilmir - VİDEO
30 dekabr 2019 22:39 (UTC +04:00)

Restoranlarda texniki nəzarət tədbirlərinə fikir verilmir - VİDEO

Azərbaycan Televiziyasının efirində yayımlanan "Çıxışa doğru" tok-şousunun bugünkü buraxılışı “İstehlakçı hüquqları və bununla bağlı maarifləndirmə tədbirləri ”nə həsr olunub.

Lent.az-ın xəbərinə görə, proqrama ekspert qismində AQTA-nın Qida zənciri regional və bölmələrlə şöbəsinin müdiri Əkbər Əliyev, AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mənsur Piriyev, Azərbaycan Tibb Universitetinin Yolxucu xəstəliklər kafedrasının dosenti, respublikanın baş infeksionisti Cəlal İsayev və Kənd Təsərrüfatı Nazirliyi “Aqrar Tədarük və Təchizat” ASC-nin üzvü Sərxan Sərxanov iştirak edib.

Bildirilib ki, əgər hər bir hansı problem varsa, ondan heç kim sığortalanmayıb. Ölkəmizdə isə insanın təhlükəsizliyi sahəsində həyata keçirilən hər bir tədbirin önündə yenə də insan amili dayanır. Xüsusilə, bayram günlərində alış-veriş mərkəzlərində təhlükəsizlik tədbirləri gücləndirilir. Hər bir halda qanun öz işini görür.

Ekspertlər əsasən, “neqativ halların qarşısını almaq üçün qanunla hansı tədbirlər həyata keçirilir?”sualı ətrafında müzakirə aparıb.

Qeyd edək ki, veriliş həftə içi 5 gün, saat 17.00-da canlı yayımlanır. Tok-şouda əsasən sosial məsələlər, internet və media, informasiya təhlükəsizliyi kimi mövzular ətrafında fikir mübadiləsi aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1334

Oxşar yazılar