19:03
24 Dekabr 2019

Dünyada ən qəddar edam üsulları: Tikəsi belə tapılmayanlar...

Bəzi ölkələrdə ən ağır cinayətlərə görə cəza növü kimi hələ də ölüm hökmü tətbiq edilir.
Lent.az xəbər verir ki, dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və digər cinayətlərə görə tətbiq edilir.

Edamların sayına görə ilk üçlükdə Çin, İran və İraq dayanır. Ölüm hökmünün ən yayılmış üsullarından biri güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və başqalaqdır.

Asaraq edam - Bu cəza əsasən Misir, İran, İraq, Yaponiya, İordaniya, Pakistan, Sinqapur, Əfqanıstan, Yəmən və digər ölkələrdə həyata keçirilir. Məhkumlar ictimaiyyətin gözləri önündə qurulmuş dar ağaclarından, xüsusi edam stendlərindən və ya kranlarından asılmaqla edam olunurlar. Asılma cəzasını ən çox nümayiş etdirən ölkə İrandır.

Güllələmə - Bu ölüm cəzası bir sıra Afrika ölkələri, Şimali Koreya, Vyetnam, Suriya, Cənubi-Şərqi Asiya ölkələrində tətbiq edilir. Güllələnməyə gətirilən məhkumun gözləri bağlanılır, bir və ya bir neçə şəxs tərəfindən onun bədəninin müxtəlif hissələrinə atəş açılmaqla qətl icra olunur.

Boğma - Bir sıra xalqlar ölüm cəzasının insan qanı tökmədən icra edirlər. Belə olan halda cəza məhkumun boğulması ilə icra olunur. Fiziki cəhətdən sağlam və güclü cəllad məhkumun boynunu qolları arasında sıxmaqla onu boğur.

Tapdalama - Bu ölüm cəzası əsasən Hindistanın bir sıra ştatlarında və bəzi Afrika ölkələrində icra olunur. Məhkumlar fillərin ayaqları altına atılmaqla öldürülür.

Elektriklə öldürmə - Əsasən ABŞ və bəzi Latın Amerikası ölkələrində bu cəza icra olunur. Məhkum xüsusi hazırlanmış elektrik stuluna oturdulur. Onun əllərinə, ayaqlarına və başına nəm əski qoyulur və üzəri mis qapaqla bağlanır. Bu zaman məhkumun gözlərini də bağlayırlar. Yüksək gərginlikli elektrik cərəyanının buraxılması nəticəsində məhkum bir neçə saniyə ərzində dünyasını dəyişir.

Baş kəsilməsi - Bu cəza növü əsasən Səudiyyə Ərəbistanında qüvvədədir. Bu ölkədə baş kəsmə üzrə ixtisaslaşmış cəlladlar və dövlətin nəzdində cəllad hazırlayan xüsusi məktəblər mövcuddur. Bu ölkədə məhkumların başı, adətən qılıncla kəsilir.

İnyeksiya - Zəhərli iynə vurmaqla icra edilən bu ölüm növü ABŞ, Qvatemala, Tailand və digər ölkələrdə yerinə yetirilir. Məhkum xüsusi kürsüyə bağlanır. Kürsünün alt hissəsində yerləşən bir neçə iynə avtomatik sistemlə məhkumun onurğa beyninə yeridilir və iflic olan məhkum bir dəqiqə ərzində ölür.

Daşqalaq - Bu cəza növü İran və Əfqanıstanda tətbiq edilir. Əsasən zinakarlıq edənlər, əxlaqsız qadınlar, dinə şəkk gətirənlər məhkəmənin qərarı ilə insanlar tərəfindən daşqalaq olunmaqla öldürülür. Bu, hazırda dünyada ən ağır və əziyyətli ölüm sayılır.

Cənub-Şərqi Asiya ölkələrində məhkumların ilan və zəhərli əqrəb dolu otaqlara salınaraq, bəzi xalqlarda isə çarmıxa çəkilməklə öldürülməsi növləri də mövcuddur.

Ən qorxunc edam cəzalarının tətbiq olunduğu ölkə isə Çindir. Bu ölkədə edam zamanı günahkarın başının yanında qaynar sac hazırlanır. Başı kəsilən adamın başını isə həmin qaynar sacın içinə basdırırlar ki, ölən öz gözləri ilə öz cansız bədənini görə bilsin. Onların fikrincə, qaynar saca girmiş başın gözlərində müvəqqəti görmə qabiliyyəti canlanır və o öz cansız bədənini görə bilir. Ən dəhşətlisi isə odur ki, onlar ən ağır cinayət törətmiş cinayətkarın cansız bədəninin dərisini insanların gözləri önündə soyub dənizə atırlar. Çində ölümə məhkum olunanların əksəriyyəti uyğur türkləridir.

Dünyanın ən dəhşətli edam cəzası isə 2012-ci ildə Cənubi Koreyada icra edilib. Matəm günü saymamazlıq edən zabitlərdən birinə dünyada analoqu olmayan ölüm hökmü verilib. Onu yüksək bir nöqtəyə qoyaraq üzərinə top mərmisi atıblar. Məqsəd isə onun ölüsünün belə tapıla bilməməsi olub.
Avropa və MDB ölkələri arasında yeganə ölkə Belarusdur ki, orada ölüm hökmü hələ də qalır.

Qeyd edək ki, 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm cəzası ləğv olunub. Hüquq Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov mətbuata açıqlamasında bildirmişdi ki, sonuncu edam edilən şəxs (cəzanı ağırlaşdıran hallar nəzərə alınmaqla iki və daha çox şəxsi qətlə yetirmə maddəsi ilə ittiham edilib) Salman Fərmanov olub.

Dİgər xəbərlər