Bakıda 2 nəfəri avtomobil vurub
20 dekabr 2019 00:25 (UTC +04:00)

Bakıda 2 nəfəri avtomobil vurub

 

 

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb.

APA xəbər verir ki, rayon ərazisində minik avtomobili 1964-cü il təvəllüdlü Qurbanov Sahib Seyidəli oğlu və 1973-cü il təvəllüdlü Quliyev Çingiz Çərkəz oğlunu vurub.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Ç.Quliyevə alının və dizin əzilmiş yarası, S.Qurbanova isə döş qəfəsinin əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1205

Oxşar yazılar