Rusiya DÇ-2022-yə də buraxılmayacaq?
09 dekabr 2019 17:12 (UTC +04:00)

Rusiya DÇ-2022-yə də buraxılmayacaq?


Futbol üzrə Rusiya yığması DÇ-2022-nin final mərhələsinə buraxılmaya bilər.

Lent.az-ın məlumatına görə, məsələ ilə bağlı məşhur “France Football” nəşri məlumat yayıb.

Nəşr qəti şəkildə iddia edib ki, ruslar 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından kənarda qalacaqlar: “Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiyanı irimiqyaslı yarışlardan, o cümlədən olimpiada və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum edib. Rusiya 4 il müddətinə dünya çempionatları keçirmək və ya mundialların təşkili üçün ərizə vermək hüququndan da məhrum edilib. Bundan əlavə, ruslar DÇ-2022-nin final mərhələsində də yer almayacaqlar”.

# 1076
avatar

Rizvan Babayev

Oxşar yazılar