Xəstəxananın 22 işçisi eyni vaxtda hamilə qaldı
06 dekabr 2019 19:44 (UTC +04:00)

Xəstəxananın 22 işçisi eyni vaxtda hamilə qaldı

 

Amerikanın Kentukki ştatının Edjvud şəhərindəki xəstəxananın 22 işçisi eyni vaxtda hamilə qalıb.

Lent.az Lenta.ru-ya istinadla xəbər verir ki, ailə üzvlərinin artımını tibb bacıları və adiminstrativ heyətinin üzvləri gözləyirdilər. Onların artıq 18-i təhlükəsiz bir şəkildə doğuş edib. İki qadın eyni gündə uşaq dünyaya gətirib. Əməkdaşlardan birinin gələn ilin yanvar ayında doğması gözlənilir. 

Hamilə qalması haqda ilk xəbər verən doğum şöbəsinin tibb bacısı Kristi Makdauell olub. Mayın 13-də onun çəkisi 2 kiloqram olan Pristsilla adlı qızı doğulub. 

Makdauell deyir ki, ondan sonra digər tibb işçiləri də uşaq dünyaya gətirməyə hazırlaşdıqlarını söyləyiblər. Beləliklə, siyahı tutulub və günlər keçdikcə ora yeni adlar əlavə olunub. 

 

# 3426
avatar

Oxşar yazılar