"Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında iki tələbə qızın vəziyyətinin pisləşməsi ilə bağlı yazılanlar həqiqəti əks etdirmir".
Bu barədə Lent.az-a BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib. O bildirib ki, hadisə Bakı Dövlət Universitetinin yataqxanasında deyil, tələbə qızların kirayədə qaldıqları mənzildə baş verib:
"Xalaqızları olan tələbələrdən biri Bakı Dövlət Universitetinin, digəri isə başqa universitetin tələbəsidir. İlkin diaqnoz mədə-bağırsaq iltibahıdır. Tələbələrin vəziyyəti qənaətbəxşdir".
***
11:06
Bakı Dövlət Universitetinin (BDU) iki tələbəsinin vəziyyəti pisləşib.
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 20 yaşlı iki tələbə qız kirayə yaşadıqları evdə zəhərləniblər:
"Bu barədə məlumat təcili yardıma saat 08:15-də daxil olub. Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (Mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) tələbə qızları Kliniki Tibbi Mərkəzə çatdırıb. Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. Hazırda vəziyyətləri nisbi qənaətbəxşdir".