Vaxtında xəstəxanaya çatdırılmasaydı... - Polisə təşəkkür edildi
30 noyabr 2019 18:54 (UTC +04:00)

Vaxtında xəstəxanaya çatdırılmasaydı... - Polisə təşəkkür edildi

 

Noyabrın 29-da səhər saatlarında Gədəbəy rayon ərazisində xidmət aparan Gədəbəy RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları bir nəfər sakinin huşunu itirərək yol kənaranına yıxılmasını görüblər.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal sakinə ilkin tibbi yardım göstərdikdən sonra onu rayon mərkəzi xəstəxanasına aparıblar. 

Xəstəxanada məlum olub ki, rayon sakini Tural Əsgərov epilepsiya xəstəliyindən əziyyət çəkir. Müəyyən tibbi köməklik göstərildikdən sonra evə buraxılan T.Əsgərov göstərilən köməkliyə görə polis əməkdaşlarına öz təşəkkürünü bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2547

Oxşar yazılar