Angela Merkel Berlində çıxış edərkən səhnəyə yıxılıb - VİDEO
28 noyabr 2019 22:28 (UTC +04:00)

Angela Merkel Berlində çıxış edərkən səhnəyə yıxılıb - VİDEO

 

Almaniyanın baş naziri Angela Merkel Çoxtərəfli Ticarət və Rəqəmsal Təhlükəsizlik mövzusunda keçirilən Berlin konfransında çıxış etmək üçün səhnəyə qalxarkən yıxılıb.

APA xəbər verir ki, insidentin əks olunduğu videogörüntünü “Daily Mail” portalı özünün “YouTube” kanalında yayıb.

Bunu zarafatla qarşılayan Merkel pillələri görmədiyini, ancaq gələn dəfə onlardan mütləq istifadə edəcəyini bildirib.

Öz çıxışında o, almaniyalı sənaye nümayəndələrinə və ticarət palatalarına müraciət edib, Dünya Ticarət Təşkilatında dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1892

Oxşar yazılar