438
18:43
28 Noyabr 2019

Bakıda köşkdən pul və siqaret oğurlandı

Bakıda köşkdən 700 manat və tütün məmulatı oğurlanıb.

Lent.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Yasamal ryon Polis İdarəsinin 27-ci Polis Bölməsi və 29-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki köşklərin birindən 700 manat pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini H.Əliyev saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun oyun zallarının birindən 9 ədəd oyun aparatı oğurlaması da müəyyən edilib.