Meryem Uzerlidən oteldə qalan turistə “Hürrem Sultan” sürprizi
27 sentyabr 2026 20:44 (UTC +04:00)

Meryem Uzerlidən oteldə qalan turistə “Hürrem Sultan” sürprizi

0

 

Türkiyəli aktrisa Meryem Uzerli İstanbulda qaldığı oteldə maraqlı hadisə yaşayıb.

Lent.az xəbər verir ki, bu barədə Habertürk məlumat yayıb.

Çırağan Sarayındakı otağında olan Uzerli qonşu otaqdan “Muhteşem Yüzyıl” serialının səsini eşidib. Aktrisa həmin şəxsin serialı izlədiyini anlayandan sonra onun qapısını döyməyə qərar verib.

Qapını açan otel sakini qarşısında serialın Hürrem Sultanını — Meryem Uzerlini görəndə böyük təəccüb yaşayıb. Aktrisa həmin anları telefonla çəkərək sosial şəbəkədə paylaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 80

Oxşar yazılar