Azərbaycanlı gənc kinoprodüsser dünyasını dəyişib
26 noyabr 2019 09:27 (UTC +04:00)

Azərbaycanlı gənc kinoprodüsser dünyasını dəyişib

Kinoprodüsser İlqar Musayev uzun sürən xəstəlikdən sonra vəfat edib.  Lent.az xəbər verir ki, İlqar Musayev 1976-cı il mayın 1-də Sumqayıtda  anadan olub. Voloqod Dövlət Universitetində təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında çalışıb. İlqar Musayev dünən axşam – 25 noyabır 2019-cu ildə vəfat edib. O, aşağıdakı filmlərdə işləyib:

Cavanşir (2002, animasiya filmi) – inzibatçı

Basat və Təpəgöz (2003, animasiya filmi) – inzibatçı

Bəyaz həyat (2003, bədii serial) – inzibatçı

Arxada qalmış gələcək (2004, tammetrajlı bədii film) – inzibatçı

Qızıl (2004, animasiya filmi) – inzibatçı

Ərazi (2005, qısametrajlı bədii film) – inzibatçı

Qarğa balası və özgə yuvası (2005, animasiya filmi) – inzibatçı

Əlvida, cənub şəhəri (2006, tammetrajlı bədii film) – inzibatçı

Cavid ömrü (2007, tammetrajlı bədii film) – prodüser qrupunun üzvü

Siçan və pişik (2007, animasiya filmi) – inzibatçı

Cavad xan (2008, tammetrajlı bədii film) – prodüser müavini

Ölüm növbəsi (2009, tammetrajlı bədii film) – icraçı prodüser müavini, aktyor

İlahi məxluq (2011, tammetrajlı bədii film) – inzibatçı

Top həm düşər, həm qalxar (2011, qısametrajlı sənədli film) – inzibatçı

Üfüqü ötənlər (2011, tammetrajlı sənədli film) – inzibatçı

Cırtdan və Təpəgöz (2012, animasiya filmi) – inzibatçı

Qafqaza qayıdış (2012, tammetrajlı sənədli film) – inzibatçı

Azərbaycan mətbəxi: dadsonrası dad (2015, qısametrajlı sənədli film) – assosiativ prodüser

Çempion (III) (2018, qısametrajlı sənədli film) – icraçı prodüser

Allah rəhmət etsin.

# 2041
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar