415
19:06
20 Noyabr 2019

Azərbaycanda hər 10 min uşağa 14 pediatr düşür

Bu gün 1956-cı ildən etibarən dünyada Beynəlxalq Uşaq Günü kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd uşaqlar üçün beynəlxalq həmrəyliyi və onların sağlamlığını daha da inkişaf etdirməkdir.

Lent.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanda əhalinin 2234,2 milyonunu 0-14 yaşlı uşaqlar təşkil edir. Əhalinin hər 1000 nəfərindən 318-i qeyd olunan yaşda olan uşaqlardan ibarətdir. 0-17 yaşlı uşaqların 1401,8 milyonu oğlan, 1220,6 milyonu isə qızlardır. Ötən il nikahı rəsmi qeydə alınmamış qadınlar 20716 uşaq doğub ki, bunun da 7509-u şəhər, 13207-si kənd yerlərinin payına düşüb. Ötən il rəsmi orqanlarda qeydə alınan 8298 ailədə uşaqların yaşı 18 yaşınadək olub. Ötən il boşanmalar nəticəsində 13842 uşaq valideynlərinin biri ilə yaşamaq məcburiyyətində qalıb. 318 nəfər rəsmi nikaha girən qızın yaşı 18-dək olub.

Ölkədə 396 min ev təsərrüfatında 1, 529,9 ailədə 2, 261,9 min ailədə 3, 126,7 ailədə isə 4 və daha çox uşaq qeydə alınıb. Bu ilin məlumatına görə, ölkədə uşaqlar üçün 8 uşaq teatrı fəaliyyət göstərir. Uşaq kitabxanalarının sayı isə 89-dur. Uşaq dərnəkləri və kollektivlərinin sayı 1953-dür. Bu ilin statistikasına görə, 3577 pediatr var. 18 yaşınadək uşağın hər 10 min nəfərinə 14 həkim düşür. Xəstəxanalarda uşaqlar üçün 5770 çarpayı mövcuddur. Uşaq sanatoriyalarının sayı 12, uşaq poliklinikaları , ambulatoriyaları və tərkibində uşaq şöbəsi olan müəssisələrin sayı 248-dir. Hazırda ölkə üzrə 4 körpələr evi var. Orda olan uşaqların sayı 147-dir. Uşaq evlərinin sayı 9, uşaqların sayı isə 674-dür. Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərinin sayı 10, uşaqların sayı 2501 nəfərdir.

Qeyd edək ki, Azərbaycanda uşaqların 100 faizə yaxını təhsilə cəlb olunur.