Şeyxülislamın nəvəsi evlənir
16 noyabr 2019 13:36 (UTC +04:00)

Şeyxülislamın nəvəsi evlənir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin ailəsində toydur.

Lent.z axşam.az-a istinadən xəbər verir ki, şeyxin böyük qızı Əmanət Paşazadənin oğlu Xanlar ailə həyatı qurur. Toy məclisi bu gün “Böyük Saray” şadlıq sarayında keçiriləcək. Şeyxin nəvəsinin nişanlısı Türkiyə vətəndaşıdır.

Bir neçə gün öncə cütlüyün xınayaxdı mərasimi olub.

Qeyd edək ki, bu gün toyu olacaq Xanların atası, yəni şeyxin kürəkəni Adış Məmmədov diplomatik fəaliyyətlə məşğuldur. O, 2018-ci ilin sonlarınadək Azərbaycanın İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Allah xoşbəxt eləsin!

# 2640
avatar

Oxşar yazılar