2104
13:41
15 Noyabr 2019

"Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir" - Tacir

Müğənni Tacir Şahmalıoğlu həbsdən çıxan həmkarı Fədayə Laçın barədə danışıb.

Lent.az -ın məlumatına görə, ifaçı “Show news” verilişində bildirib ki, Fədayə ondan ayrılmaqla səhv edib:

“Fədayə həbsdə olanda ona baş çəkə bilmədim. Çünki anası və bacısından başqa kimisə içəri buraxmırdılar. Bacısı nə danışdığını bilmir. Əslində Fədayənin işinə qarışmasa da olar. Çünki ağıllı insandır. İnsan çuxura da düşə bilər. Bacısı şərait yaradır ki, Fədayə öz müəllimini unutsun. Olmaz. Ona sənəti mən vermişəm. Ona oxumağı mən öyrətmişəm. Tövsiyə edirəm ki, öz ağlı ilə getsin. Bacısı deyib ki, Tacir yaxşı müəllim olsaydı, Fədayə həbsə düşməzdi. Sən mənə elə müəllim görsət ki, öz tələbəsini sona qədər izləsin. Mənim işim-gücüm qurtarıb ki, onun dalınca düşüm... Fədayə mənim yanımda olanda nə yıxılmadı, nə də başına iş gəlmədi. Fədayə tək oxumaq istədi, səhv elədi. Çünki nəsə əldə edə bilmədi”.