Məşhur müğənni yol hərəkəti qaydalarını pozdu
18 avqust 2026 10:12 (UTC +04:00)

Məşhur müğənni yol hərəkəti qaydalarını pozdu

0

Türkiyəli müğənni Can Bonomo və həyat yoldaşı, aktrisa Öykü Karayel Çeşmədə istirahət zamanı görüntüləniblər.

Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, cütlük Alaçatıda itlərini baytarlıq klinikasına aparıb. Klinikanı motosikletlə tərk edən Bonomo və Karayelin qoruyucu dəbilqədən istifadə etmədikləri diqqətdən yayınmayıb.

Motosikleti idarə edən Can Bonomonun yolda yük avtomobillərinin yanından sürətlə keçərək ərazidən uzaqlaşdığı görülüb. Onların motosiklet idarə edərkən həm özlərini, həm də ətrafdakıları riskə atması izləyicilərin narazılığına səbəb olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar