Azərbaycanda xurma ağacından yıxılan qadın öldü
13 noyabr 2019 18:56 (UTC +04:00)

Azərbaycanda xurma ağacından yıxılan qadın öldü

Gəncədə qadın ehtiyatsızlıqdan yıxılaraq ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb. Şəhər sakini, 62 yaşlı Musayeva Güldəstə Kərəm qızı xurma ağacından yıxılıb. Dərhal xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

# 882
avatar

Oxşar yazılar