386
16:44
08 Noyabr 2019

Ağcabədidə “ASAN xidmət” mərkəzinin tikintisinə pul ayrıldı

Prezident İlham Əliyev Ağcabədi rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Lent.az -ın AZƏRTAC-a istinadla verdiyi xəbər görə, sərəncama əsasən, Ağcabədi rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.25.1-ci yarımbəndində göstərilmiş məbləğin 19 430 000 (on doqquz milyon dörd yüz otuz min) manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.