Azərbaycanda axtarışda olan 32 nəfər saxlanıldı
06 noyabr 2019 10:53 (UTC +04:00)

Azərbaycanda axtarışda olan 32 nəfər saxlanıldı

0

 

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 12 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 32 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 822

Oxşar yazılar