

Cinsiyyətini dəyişdirmək istəyəndən DƏHŞƏTLİ əməl
Türkiyənin Konya vilayətinin Əmirqazi qəsəbəsində yaşayan, cinsiyyətini dəyişdirmək üçün müalicə aldığı deyilən Özləm.K. sevdiyi İ.K. adlı qızı qaçırmağa cəhd edib. Özləm.K buna qarşı çıxan qızın əmisi oğlu Şənol.K.nı tapança ilə qarnından vurub. Bundan sonra Özləm.K.ni polis əməkdaşları nəzarətə götürüb.
Lent.az Türkiyə KİV-ə istinadən məlumat verir ki, Əmirqazi qəsəbəsində yaşayan və cinsiyyətini dəyişdirmək üçün xəstəxanada müalicə aldığı deyilən Özləm.K, İstanbulda yaşayan sevgilis B.E. vasitəsilə İ.K.nın ailəsi ilə tanış olub. Bir müddət sonra sevgilisi B.E.dən ayrılan Özləm.K İ.K.nı sevməyə başlayıb. Özləm.K Əmiqazidə yaşayan İ.K.nı qaçırdı. Qızlarının qaçırılmasını eşidən ailə üzvləri onun Bəyşəhərdə olduğunu öyrəniblər. Bundan sonra Bəyşəhərə cütlüyün yanına gedən ailə qızlarına təkid edərək onu evlərinə gətiriblər.

Ailə üzvləri Özləm.K.dən polisə şikayət ediblər. Bunu öyrənən Özləm.K.yenidən Əmirqaziyə gedərək İ.K. ilə birgə qaçmaq istəyib. Ailə buna əngəl olmağa çalışanda isə Özləm.K. özü ilə gətirdiyi atasının sənədsiz tapançasını başına dayayaraq “İ.K.nı mənə verin. Özümü öldürərəm”, - deyib. Bu zaman Özləm.K. hadisəyə müdaxilə edən qızın əmisi oğlu Şənol.K.ya 2 dəfə atəş açıb. Qan içində olan Şənol.K. təcili yardımla xəstəxanaya aparılıb. Hadisə zamanı döyülərək zərərsizləşdirilən Özləm.K. tutulub.
Oxşar yazılar

Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14