Narkoloji mərkəzdən qaçdı: ayağını sındırdı
18 oktyabr 2019 19:57 (UTC +04:00)

Narkoloji mərkəzdən qaçdı: ayağını sındırdı

Rusiyanın Moskva şəhərinin Odinsov şəhərində yerləşən narkoloji xəstəxanadan qaçış olub.

Lent.az-ın “РЕН ТВ” kanalına istinadən verdiyi məlumatına görə, qaçanlardan biri İsveçrə, biri Kanada, digəri isə Azərbaycan vətəndaşı olub.

Azərbaycan vətəndaşı narkoloji xəstəxananın hasarından qaçmaq istəyərkən yıxılaraq ayağını sındırıb. Digər ölkələrin vətəndaşları da çox uzağa qaça bilməyiblər. Yeri gəlmişkən, onu xatırladaq ki, Odinsovdakı narkoloji mərkəz Rusiyanın ən elitarlı müalicə müəssələrindən biridir

# 760
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar