Azərbaycanda evdən külli miqdarda oğurluq edildi
17 oktyabr 2019 19:33 (UTC +04:00)

Azərbaycanda evdən külli miqdarda oğurluq edildi

Mingəçevirdə mənzildən 3 min manat dəyərində qızıl-zinət əşyası oğurlanıb
 
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Vidadi küçəsi 4 ünvanında baş verib. Belə ki, beşmərtəbəli binanın birinci mərtəbəsində şəhər sakini  Gülayət İbrahimovaya məxsus 20 saylı mənzili oğru və ya oğrular qarət edib. Ev sahibinin evdə olmadığından istifadə edən şəxs və ya şəxslər eyvanın dəmir qoruyucusunu qıraraq mənzilə daxil olub və oradan 3 min manat dəyərində qızıl-zinət əşyalarını aparıblar.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1241

Oxşar yazılar