
Doktoranturanın qəbul şərtləri dəyişdi - AMEA-dan açıqlama
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) doktoranturasına növbəti qəbul və bu ilin qış imtahan sessiyasından başlayaraq, iddiaçılar alman dilindən B2 səviyyəsi üzrə Höte sertifikat imtahanı, fransız dilindən isə B1 və ya B2 səviyyəsi üzrə DELF imtahanı verəcəklər.
Akademiyadan APA-ya verilən məlumata görə, bu barədə AMEA prezidenti müvafiq sərəncam imzalayıb.
İmtahanların ödənişi AMEA tərəfindən həyata keçiriləcək.
Xatırladırıq ki, AMEA-da 2015-ci ildən ingilis dilindən doktoranturaya qəbul və doktorluq imtahanları akademik İELTS proqramı üzrə keçirilir. Xarici dillərdən doktoranturaya qəbul və doktorluq imtahanlarının beynəlxalq standartlara uyğun keçirilməsi gənc alimlərin xarici ədəbiyyatdan sərbəst istifadəsinə, onların beynəlxalq elmi tədqiqat mərkəzləri ilə əlaqələrinin genişləndirilməsinə və nüfuzlu elmi bazalardan istifadə imkanlarının artırılmasına şərait yaradır.
Oxşar yazılar

Azərbaycanda 3 nəfər zəhərlənmədən öldü
2 iyul 2025 , 09:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
2 iyul 2025 , 08:37
Bu BÜRCLƏRİN təcili tətilə ehtiyacı var
2 iyul 2025 , 00:02
XƏBƏRDARLIQ: Yaxın saatlarda güclü maqnit qasırğası başlayacaq
1 iyul 2025 , 21:52
Oxu.az saytı 12 yaşını qeyd edir - VİDEO - YENİLƏNİB
1 iyul 2025 , 20:31
Niqab, yoxsa “terrorçulara maska?" - QADAĞALARA fərqli münasibət
1 iyul 2025 , 20:15
İsti havada soyuq duş: ölümcül ola bilər
1 iyul 2025 , 19:07
Bu BÜRCLƏR böyük möcüzə ərəfəsindədir: şans tezliklə gələcək
1 iyul 2025 , 18:41