
Bu qədər məktəb direktoru işdən çıxarıldı - RƏSMİ
“2018-2019-cu tədris ilində və yeni dərs ili ərəfəsində 29 məktəbə (97, 38, 175, 212, 144, 248, 28, 150, 169, 184, 219, 220, 235, 250, 306, 293, 327, 301, 75, 90, 107, 128, 307, 162, 29, 260, 221, 26, 123) direktor vəzifəsinə təyinat olub, 13 məktəb direktorunun isə iş yeri dəyişdirilib.
APA-nın məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb, 4 direktorla (192, 71, 162, 123) bağlanmış əmək müqaviləsi ləğv edilib: "Bundan əlavə, 2019-2020-ci tədris ili ərəfəsində Təhsil Nazirliyi tərəfindən çalışmanın yaş hədinə çatmış 27 direktorla müqavilənin müddəti builki tədris ili çərçivəsində uzadılıb, 10 məktəb direktoru ilə əmək münasibətlərinə xitam verilib".
BŞTİ müdiri bildirib ki, İdarənin tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə çatmış 1572 işçidən 995 nəfərlə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib.
Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33
“Sputnik Azərbaycan” Mətbuat Şurasında MÜZAKİRƏ EDİLDİ
14 iyul 2025 , 16:21