Uşağın doğulmasına görə birdəfəlik müavinət bu üsulla veriləcək
11 oktyabr 2019 15:43 (UTC +04:00)

Uşağın doğulmasına görə birdəfəlik müavinət bu üsulla veriləcək

 
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat sistemi üzrə xidmətlərin elektron texnologiyalar üzərində qurulması işləri çərçivəsində uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı elektronlaşdırılıb.
 
APA-nın məlumatına görə, DOST Agentliyində keçirilən mətbuat konfransında Nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov yeni sistemin təqdimatını edib. K.Əkpərov bildirib ki, doğulan uşaq üçün doğum haqqında şəhadətnamə alındığı gündən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə inteqrasiya şəraitində, həmin sistemdən əldə olunan məlumat əsasında müavinət e-qaydada təyin olunacaq:
 
"Bunun üçün valideynlərin hər hansı quruma müraciət və sənəd təqdim etmələrinə artıq ehtiyac qalmayacaq. Valideynlərin işləmədiyi barədə məlumat real vaxt rejimində elektron informasiya ehtiyatlarından əldə olunacaq. Birdəfəlik müavinət uşağın anasına (ana olmadıqda və ya digər istisna hallarda atasına) təyin ediləcək və bu barədə, həmçinin müavinəti hansı bankdan alacağı barədə valideynə sms-məlumat göndəriləcək. Bundan sonra valideyn şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq bankdan müavinəti alacaq. SMS göndərilməsi üçün valideynin adına nömrə yoxdursa, o, məlumatı nazirliyin 142-Çağrı mərkəzindən və ya nazirlik yanında DSMF-nin yerli şöbəsindən əldə edə biləcək".
# 1943
avatar

Oxşar yazılar