
43 ildən sonra Kubada prezident seçilib
Kubada 43 ildən sonra, aprel ayında dəyişiklik edilmiş yeni bir konstitusiyaya uyğun olaraq prezident seçilib.
APA “Anadolu”ya istinadla xəbər verir ki, Havana Konqres Sarayında keçirilən fövqəladə iclasda Xalq Gücü Milli Məclisinin (ANPP) üzvləri Kuba Dövlət Şurasının hazırkı prezidenti və Nazirlər Şurasının sədri Miguel Diaz-Caneli 2023-cü ilə qədər prezident seçiblər.
Salvador Valdes Mesa vitse-prezident, Esteban Lazo Hernandez isə ANNP və Kuba Dövlət Şurasının prezidenti seçilib.
Miguel Diaz-Canelin dekabr ayında baş nazir təyin edəcəyi gözlənilir. Təyin ediləcək baş nazir Fidel Kastrodan sonra ölkədə ilk baş nazir olacaq.
Qeyd edək ki, 1976-cı ildə Kubada Fidel Kastronun rəhbərliyi ilə konstitusiya dəyişiklik edilib və dövlət başçısı vəzifəsi Kuba Dövlət Şurasının və Nazirlər Şurasının prezidenti olaraq dəyişdirilib. Bu ilin aprel ayının əvvəlində təsdiqlənən yeni konstitusiya dəyişikliyi 43 ildən sonra ölkədə prezident seçilməsinə imkan verib.
Ölkənin konstitusiyasında "dövlət və millətdən üstün" olaraq xarakterizə edilən Kuba Kommunist Partiyasının (PCC) üzvləri qanunverici hakimiyyəti ilə yanaşı yüksək səviyyəli idarəçiləri də seçmək imkanına malikdirlər.
Oxşar yazılar

Ərdoğanı tənqid edən mafiya başçısı gecə klubunda öldü
8 iyul 2025 , 14:53
Makronu rüşvətdə ittiham edən deputatın asılmış meyiti tapıldı
8 iyul 2025 , 14:24
Polis bu qadının yerini deyənə 1 milyon verir
8 iyul 2025 , 11:28
İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı 1060 nəfərə çatdı
8 iyul 2025 , 04:37
Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19