Döyülərək öldürülən 18 yaşlı qızın evindən <span style="color:red;">REPORTAJ
10 oktyabr 2019 09:22 (UTC +04:00)

Döyülərək öldürülən 18 yaşlı qızın evindən REPORTAJ

Beyləqanda döyülüb yolun kənarına atılan 18 yaşlı Quliyeva Aygün Mehman qızıını kənd sakinləri dəfn eləyib. 
APA TV-nin məlumatına görə, naməlum şəxs və ya şəxslər tərəfindən qəddarcasına döyülən 18 yaşlı Beyləqan rayonunun Yuxarı Aran kənd sakini Aygün Quliyeva dünən səhər saatlarında dünyasını dəyişib. Məhkəmə Tibbi ekspertiza tərəfindən müayinə olunduqdan sonra Aygün Quliyevanın meyiti ailəsinə təhvil verilib.
Mərhumun bacısı Gülnar  Quliyeva sözlərinə görə, bacısı döyüldüyü gecə onun yaşadığı evə gəlib. Çox ləngimədən evdən çıxıb. 
 
Gülnar Quliyeva onu da bildirir ki, ailənin maddi imkanı zəif olduğundan bacısının meyitini günün ikinci yarısınadək xəstəxanadan çıxarda bilməyiblər. Kənd sakinlərinin müdaxiləsindən  sonra mərhumu dəfn ediblər. Gülnarın dediklərini qonşuları da təsdiqləyir. Ataları və qardaşları ətraf rayonlarda çobanlıq edir. Evdə isə yaşlı ana və müəmmalı şəkildə həyatını itirən Aygün yaşayırmış.
 
Faktla bağlı araşdırma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1880

Oxşar yazılar