<span style="color:red;">"Əzizlərimi itirəndən sonra xəstəlik tapdım"  - Xalq artisti <span style="color:red;">VİDEO
02 oktyabr 2019 10:18 (UTC +04:00)

"Əzizlərimi itirəndən sonra xəstəlik tapdım" - Xalq artisti VİDEO

Xalq artisti Bilal Əliyev “Şou ATV” verilişinin qonağı olub.

Lent.az-ın məlumatına görə, müğənni proqramda çətin günlərindən danışıb: ““Uşaqlığım əziyyətlə keçib. Bu yerlərə də əziyyətlə gəlib çıxmışam. Həyatımda ağır itkilərim olub. Ulu öndər Heydər Əliyevin qarşısında yalnız ağ kostyumda çıxış edirdim. O dünyasını dəyişəndən sonra ağ kostyum geyinmirəm. Ailəmdə də itkilərim oldu. Bacım anamdan öncə dünyasını dəyişmişdi. Onu 28 yaşında qəzada itirdik. Ondan yadigar 3 övladı qaldı. O itkidən sonra dünyalar qədər sevdiyim anam dünyasını dəyişdi. Atam bacı-qardaşımı mənə əmanət elədi. Daha sonra iki qardaşım da 44 yaşında rəhmətə getdi. O qədər fikir elədim ki, bədənimdə şəkər əmələ gəldi”.  

 

# 2582
avatar

Yalçın UĞUR

Oxşar yazılar