
Azərbaycan iqtisadiyyatına qoyulan investisiya - məbləğ AÇIQLANDI
Azərbaycan iqtisadiyyatına indiyədək 260 millyarrd dollardan artıq investisiya qoyulub.
"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycanın İqtisadiyyat nazirin müavini Sahib Məmmədov Sahibkarlığın İnkişafı Fondunun və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycan ofisinin təşkilatçılığı ilə reallaşan “Ağıllı körpü” layihəsinin başa çatmasına dair keçirilən tədbirdə çıxış edərkən bildirib.
Onun sözlərinə görə, ölkə iqtisadiyyatına qoyulan investisiyaların 50 faizi xarici investorların payına düşüb.
Texnologiyanın transferi və kommersiyalaşdırılmasına əsaslanan innovativ sahibkarlığın inkişafı bütün dünyada, o cümlədən Azərbaycanda da ən aktual sahələrdə biridir, S. Məmmədov bildirib.
Nazir müavini onu da qeyd edib ki, təsadüfü deyil, dünya iqtisadiyyatında geniş formada cərəyan edən, həmçinin investisiyanın cəlb olunması baxımından getdikcə daha da aktuallaşan innovativ sahibkarlığın əhəmiyyəti Azərbaycanda həyata keçirilən iqtisadi islahatların başlıca istiqamətlərindəndir.
Tədbir zamanı nazir müavini iki dövlət arasında bir çox sahələrdə yaxın tərəfdaşlıq münasibətlərinin qurulması məqsədilə mövcud imkanlardan səmərəli şəkildə istifadə edilməsi, işgüzar dairələr arasında əlaqələrin təşviq edilməsi yolu ilə potensial imkanların inkişaf edilməsi, eləcə də qarşılıqlı faydalı birgə layihələrin həyata keçirilməsinin mühüm əhəmiyyətdən də danışıb.
Oxşar yazılar

Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15
Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31
"Kapital Bank"ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
1 iyul 2025 , 12:40
ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb
1 iyul 2025 , 10:45
"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15