
Bu pullar onlayn satılacaq - FOTO
0
0
Azərbaycan Mərkəzi Bankı (AMB) xatirə pul nişanlarının onlayn satışını təşkil edəcək.
"APA-Economics"in əldə etdiyi məlumata görə, layihə üzrə artıq işlər aparılır və bu xidmət yaxın vaxtlarda istifadəyə veriləcək.
Hazırda onlayn sifariş mövcuddur və bu xidmət AMB-nin rəsmi internet səhifəsi vasitəsilə göstərilir. İstənilən şəxs qeydiyyatdan keçərək, sifariş edib, sonra isə banka yaxınlaşaraq sifarişini əldə edə bilər.
0
0