Məktəbli formasının keyfiyyətindən şikayətçi olanlara <span style="color:red;">RƏSMİ MÜRACİƏT
12 sentyabr 2019 13:21 (UTC +04:00)

Məktəbli formasının keyfiyyətindən şikayətçi olanlara RƏSMİ MÜRACİƏT

“Hazırda məktəbli formalarının tikiş prosesi davam edir”.
 
Bu sözləri Lent.az-a Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov deyib. O bildirib ki, bu il ötən illərə nisbətən formalar az tikilib:
 
 
“Bildiyiniz kimi, biz sifarişləri ehtiyac olduqda tikirik, ancaq məsələ budur ki, mətbuatda formaların dəyişəcəyi ilə bağlı xəbərlər yayıldı və insanlar formaları almadılar. Ona görə də filiallarımızda məktəbli formaları artıq qaldı və biz bu il tikişi azaltdıq”.
 
E.Əzimov qeyd edib ki, məktəbli formalarına 1 il zəmanət verilir:
 
“Əgər formaların keyfiyyəti ilə bağlı valideynlərin şikayətləri olarsa, mənə yaxınlaşa və ya qaynar xəttimizlə ((012) 597-45-39) əlaqə saxlaya bilərlər. Biz öz malımızdan üz döndərmirik. 
 
Qeyd edim ki, bu mövsümdə bir nəfər forma ilə bağlı İqtisadiyyat Nazirliyinə şikayət edib. Biz bununla bağlı vətəndaşı çağırdıq və gördük ki, ətəkdə problem var. Ona görə də ətəyi yenisi ilə əvəzlədik və vətəndaşdan üzr istədik”.
 
Şöbə rəisi onu da deyib ki, müxtəlif bazar və dükanlarda saxta “BTE” nişanlı formalar satılır:
 
“Ona görə də forma ilə bağlı bir narazılıq olarsa, forma qəbzlə birlikdə alınan mağazaya aparıla və dəyişdirilə bilər”.
 
Qeyd edək ki, BTE-nin tikdiyi 1-6-cı siniflərin məktəbli formasının qiyməti 40 manat, 7-11-ci sinif şagirdləri üçün 46 manatdır. Bu dəstə pencək, şalvar və yaxud pencək, ətək daxildir. 
# 995
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar