
"Əli Kərimli müxalifət partiyalarına da cəbhə açıb" - AÇIQLAMA
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bu gün “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda keçirilən dəyirmi masaya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin dəvət edilməməsinin səbəbini açıqlayıb.
APA-nın xəbərinə görə, Fəzail Ağamalı jurnalistlərə açıqlamasında bildirib ki, Əli Kərimli siyasi mühacir müxalifəti adlandıranların yanında yer aldığı üçün tədbirə dəvət edilməyib.
“Baxın, mühacirlər ayrı-ayrı şəxsləri təhqir edirlər. Əli Kərimlinin maliyyələşdirdiyi şəxslər də həmin prosesi davam etdirirlər. Bu söyüşlər təkcə iqtidara qarşı deyil. Əli Kərimlinin dəstəsi Müsavat, REAL və digər partiyalara da cəbhə açıb. Hansı partiya istəyir ki, müxalifətdə fəallaşsın, Əli Kərimlinin dəstəsi onu mənəvi terrora, təhqirə məruz qoyur. Bu şəxslərlə Avropadakı söyüş söyənlərin bağlılığı varmı? Mənə elə gəlir ki, var. Ona görə də, mənəviyyatıma sığdırıb o cür insanı tədbirə dəvət etmədim. Tədbirin təşkilatçısı kimi Əli Kərimlini tədbirə dəvət etməməyə hüququm çatır”, - F. Ağamalı vurğulayıb.
Oxşar yazılar

Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35