
Məktəblədə peşə təmayül sinifləri fəaliyyətə başlayacaq
"Növbəti tədris ilindən başlayaraq ümumi təhsil müəssisələrinin X-XI siniflərində peşə təmayül siniflərinin fəaliyyətə başlaması planlaşdırılır".
APA xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında növbəti tədris ilinin hədəfləri barədə çıxışı zamanı bildirib. Nazir qeyd edib ki, ilkin olaraq müxtəlif bölgələr əhatə olunmaqla 20 ümumi təhsil müəssisəsində iaşə xidməti, kənd təsərrüfatı, inşaat və məişət texnikası sahələri üzrə bacarıqların tədrisi üçün zəruri olan emalatxana və təcrübə sahələri yaradılacaq.
Nazir bildirib ki, növbəti tədris ilində ilk dəfə olaraq 6000-dən artıq şagird əhatə edilməklə məktəblərdə STEAM-ın (Təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ tədrisi) tədrisinə start veriləcək.
Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi, “Rəqəmsal bacarıqlar” layihələri barədə məlumatları nəzərə çatdıran Ceyhun Bayramov qeyd edib ki, layihə növbəti tədris ilində 100-dən çox məktəbi və 90 mindən çox şagirdi əhatə edəcək. Nazir çıxışı zamanı həmçinin istedadlı uşaqlarla iş sahəsində görülən işlər barədə məlumat verərək bildirib ki, son beş ildə beynəlxalq olimpiada və bilik yarışlarında Azərbaycan məktəbliləri 4 qızıl, 34 gümüş və 108 bürünc medal olmaqla ümumilikdə 146 medal qazanıblar.
Oxşar yazılar

Artıq bu həftə: Parlaq romantik dövr yaşayacaq 3 BÜRC
2 iyul 2025 , 18:44
Sabahın tibbi-meteoroloji PROQNOZU
2 iyul 2025 , 18:17
Azərbaycanda şəxsiyyət vəsiqələrinin forması dəyişir
2 iyul 2025 , 17:40Azərbaycanda saxta dərmanlar harada və necə satılır? - ARAŞDIRMA
2 iyul 2025 , 17:18
Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir
2 iyul 2025 , 16:33
Bakıda qəzalı binalarla bağlı komissiya yaradıldı
2 iyul 2025 , 16:04
Azərbaycanda tur adı ilə yayda istirahət etmək istəyənləri necə aldadırlar? - ARAŞDIRMA
2 iyul 2025 , 16:04
Sabah iki rayonun qazı kəsiləcək
2 iyul 2025 , 15:50