Cavan Zeynallı yeni ev tikdirdi: <span style="color:red;">"Röya mənə zəng elədi..."  - <span style="color:red;">VİDEO
05 sentyabr 2019 12:35 (UTC +04:00)

Cavan Zeynallı yeni ev tikdirdi: "Röya mənə zəng elədi..." - VİDEO

Xalq artisti Cavan Zeynallı özünə yeni ev tikdirib. Müğənni bu barədə Lent.az-ın canlı yayımında qonaq olan zaman danışıb. O, bildirib ki, yeni evi Bakıdan xeyli kənardadır:  “İsti havaları sevmirəm. Ona görə də həyat yoldaşımla birgə Qusarda meşənin yanında ev tikdirmişik. Elə sakitçilikdir ki... Yayda ancaq o evdə qalırıq. Amma soyuq aylarda Bakıya qayıdıram. Çünki işlərimə görə Bakıya qayıtmalıyam. Studiya Qusarda olsaydı, heç paytaxta qayıtmazdım, orada yaşayardım”.

 

Cavan Zeynallı ölüm xəbərindən də danışıb: “Mən yaxşıyam. Səhhətim yaxşılaşıb. Yazıblar ki, xəstəliyim var. Haqqımda ölüm xəbərim çıxandan sonra mənə güc gəlib. İndi yaxşı həkimlər azalıb. Hər bir adamın səhhətində nəsə tapmaq olur. Yoldaşım Röya Qusarda idi, mən də evdə tək qalmışdım. Səhər saat 6-da Röya mənə zəng gəldi, telefonu açdım. Dedi ki, “Cavan, sabahın xeyir, yatmısan? Mən gəlirəm”. Bütün dostlarımız ona zəng edib, o da mənə yığıb. Bu xəbərə çox narahat oldum. Bir dənə də qız bui xəbəri eşidib, mənə zəng edib telefonda ağladı ”.

 

 

# 2109
avatar

Yalçın UĞUR

Oxşar yazılar