689
17:00
26 Avqust 2019

Dayanacağın yerində bina tikilir?- İcra hakimiyyəti əraziyə baş çəkəcək- YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Abşeron rayon Xırdalan Şəhəri ərazisində avtobus dayanacağının yerində bina tikilməsi ilə bağlı redaksiyamıza şikayət daxil olub. Xırdalan Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımov Lent.az bildirib ki, həmin ərazidə heç bir tikinti işi aparılmır:
"Sözü gedən ərazidə hər hansı bir tikinti işinin aparılması üçün icra hakimiyyəti tərəfindən rəsmi sənəd təqdim edilməyib. Həmin yerdə sahibkara məxsus iaşə obyekti olub və şəxs özü obyektini sökərək yerində yenisini tikmək istəyir. Bununla bağlı da əməkdaşlarımız həmin əraziyə baş çəkəcəklər”.

.15:20

Abşeron rayon Xırdalan qəsəbəsi ərazisində avtobus dayanacağının yerində bina tikilməsi ilə bağlı Lent.az -ın redaksiyasına şikayət daxil olub. Şikayət ərizəsində bildirilir ki, sakinlər bu vəziyyətdən xeyli narahatdılar.
Oxucumuzun bizə yazdığı məlumatda qeyd olunur ki, Xırdalan Şəhəri İcra Hakimiyyətindən Nizami küçəsində yerləşən avtobus dayanacağının yerində bina tikilməsi üçün icazə verilib.
Lent.az bu məsələ ilə bağlı Xırdalan Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladı. Memarlıq şöbəsindən bildirildi ki, bu məlumatı araşdırıb xəbər edəcəklər. Günün ikinci hissəsində isə müxbirimizə bildirilildi ki, dayanacaqda yeni binanın tikilməsi haqqında verilən məlumat əsassızdır. Həmin ərazidə tikinti getməsinə dair foto-fakt olduğunu qeyd etsək də, cavab dəyişmədi.
Mövzuya qayıdacağıq.
Lent.az həmin fotonu sizə də təqdim edir: