
Rusiyanın Azərbaycanlı Gənclər Birliyi Moskvada "Barbekyu festivali" keçirib
Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (AMOR) Moskvada "Barbekyu festivali" keçirib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, AMOR sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən festival Moskva vilayətinin Doldoprudnıy rayonunda baş tutub.
"Don David" yaxt klubu və BBQ Life məktəbi ilə birgə keçirilən festivalda yüzlərlə insan iştirak edib.
Festivalın açılış mərasimində çıxış edən AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev tədbirin təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR sədri Leyla Əliyevaya və Don David yaxt klubunun rəhbəri David İsrafilova təşəkkürünü bildirib .
Festival iştirakçılarına qril üzərində ət hazırlamaq üçün lazım olan hər şey təqdim olunub. Festival çərçivəsində bir sıra müsabiqələr təşkil olunub. Komanda ruhu, şən atmosfer, dünya şöhrətli aşpaz hakimlərin iştirakı ilə keçən festival konsert proqramı ilə başa çatıb.
Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38