Şabrandakı yanğın zamanı 7 nəfər zəhərləndi
20 avqust 2019 13:39 (UTC +04:00)

Şabrandakı yanğın zamanı 7 nəfər zəhərləndi

Şabranda baş verən yanğın ilə bağlı  7 nəfər rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Bu barədə Lent.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, 51 yaşlı kişi sağ topuğun kəsilmiş yarası, 29 yaşlı kişi, 16, 42, 35, 24 və 30 yaşlı qadınlar isə stress və tüstüdən boğulma ilə xəstəxanaya müraciət ediblər.

Onlardan 2-si cərrahiyyə şöbəsinə, 5 nəfər isə reanimasiyaya yerləşdirilib. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Həyatları üçün təhlükə yoxdur.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar