
AİB Azərbaycan üzrə yeni biznes planını təsdiqlədi
Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası Azərbaycan üzrə 2020-2022-ci illəri əhatə edən biznes planı təsdiq edib.
“APA-Economics”in AİB-ə istinadən verdiyi məlumata görə, bankın ölkə üzrə yeni strategiyası Azərbaycanı dəstəkləmək məqsədilə üç strateji prioritetə xüsusi diqqət ayıracaq: özəl sektorun inkişafının gücləndirilməsi, dövlət sektorunun səmərəliliyinin artırılması, eləcə də infrastrukturun təkmilləşdirilməsi və insan kapitalının gücləndirilməsi.
Biznes plan çərçivəsində AİB Azərbaycana 2020-2022-ci illər ərzində ictimai sektorun idarə edilməsi və maliyyə sektoru ilə əlaqəli məsələlərin həlli üçün ümumilikdə 295 mln. ABŞ dolları məbləğində kreditin ayrılmasını planlaşdırır. Bu dövr ərzində mümkün indikativ resurslar sayəsində suveren əməliyyatların ümumi həcmi 820 mln. dollar təşkil edə bilər.
Bundan başqa, bank daxili mənbələrdən maliyyələşən 5,8 mln. dollarlıq texniki dəstək göstərəcəyini də vurğulayıb.
Eyni zamanda indikativ proqramda 250 mln. dollarlıq kredit və 3,2 mln. dollar məbləğində 5 texniki dəstək proqramının icra ediləcəyi bildirilib və əsas hədəf olaraq dövlət sektorunun səmərəliliyinin artırılması, dövlət sektoru idarəçiliyinin dəstəklənməsi, islahatlar, vergi siyasəti və idarəçiliyin gücləndirilməsi, Naxçıvan Muxtar Respublikasında suvarma və drenaj sisteminin inkişafı kimi məsələlər götürülüb.
Oxşar yazılar

"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44
“Nizami City”də əla fürsət! Tam təmirli mənzillər satışda! - Foto
30 iyun 2025 , 10:30
Bakının bu rayonunda qaz olmayacaq
30 iyun 2025 , 10:24
Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “FINTEX SUMMIT 2025” başa çatdı
25 iyun 2025 , 16:24
"Kristal" Biləcəridə yeni mənzilləri satışa təqdim etdi - 2 otaq studiya mənzillər
25 iyun 2025 , 16:00