
Azərbaycanda ÜZƏN GÜNƏŞ ENERJİSİ sistemləri yaradılır
Azərbaycanda həyata keçirilən “Üzən günəş enerji sistemlərinin inkişafı” pilot layihənin bütün infrastruktur elementlәrinin әtraf mühit baxımdan tәsirlәri Asiya İnkişaf Bankının (AİB) Təhlükəsizlik Siyasətinin Maddələrinin tәlәblәrinә uyğun qiymәtlәndirilib.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə AİB, Azərbaycan Energetika Nazirliyi, “Təmiz Şəhər” ASC, “Azerbaijan Energy Engineering & Conculting” MMC-nin, Sabunçu Rayon İcra Hakimiyyəti, bələdiyyələr və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə sözügedən layihənin müzakirəsi zamani qeyd edilib.
Qiymәtlәndirmәyә görә, layihәnin әtraf mühitә heç bir mәnfi tәsiri olmayacaq. Әtraf mühit baxımdan layihәnin hәyata keçirilmәsini tәmin etmәk üçün institusional hüquqi baza hazırlanıb. Әtraf Mühitin Monitorinq Planına uyğun olaraq, bütün tikinti vә istismar fәaliyyәtinin monitorinqi aparılacaq.
Qeyd edək ki, 100 kVt gücә malik üzən günəş panelinin quraşdırılmasını nəzərdə tutan pilot layihə AİB-in maliyyə dəstəyi ilə məsləhətçi qismində İspaniya şirkəti EQO-NİXUS və yerli Azərbaycan şirkəti “AEEK” MMC tərəfindən icra edilir. Layihənin icra qurumu qismində isə Energetika Nazirliyi çıxış edir.
Layihə Azərbaycanla yanaşı, Əfqanıstan və Qırğızıstanda da həyata keçirilir. Layihəyə bu ölkələrdə pilot üzən günəş qurğularının quraşdırılması və daha böyük ölçüdə qurğuların qiymətləndirilməsinin aparılması, özəl sektorun iştirakı üçün biznes modellərinin işlənilməsi və üzən günəş enerji sistemlərinin layihələndirilməsi, tikintisi və istismarı üzrə əlaqədar qurumların potensialının artırılması daxildir.
Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15
Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31