
Yağ alarkən nələrə diqqət etməliyik? - XƏBƏRDARLIQ
Hər gün qida rasionunda yer alan məhsullardan biri də yağlardır. Lakin bir çox yağların tərkibində qatqı olması da, heç kəsə sirr deyil.
Bəs tərkibi məlum olmayan, saxta yağların insan orqanizmi üçün hansı təhlükələri var?
Mövzu ilə bağlı Lent.az-a danışan terapevt Vəfa Əhmədova bildirib ki, saxta yağlar insan sağlamlığı üçün olduqca təhlükəlidir.
“Yağlar insan orqanizmi üçün lazım olan qida məhsuludur. Lakin bu qidanın keyfiyyət baxımından təmiz olması vacib şərtdir. Hazırda bir çox kərə yağlarına palma, sana, bitki yağları qarışır ki, bu da insan orqanizmi üçün zərərlidir. Belə ki, tərkibi təmiz olmayan, qatqılı yağlar, ürək, qan-damar, infarkt, şəkərli diabet, mədə-bağırsaq və s. xəstəliklərə yol açır. Uşaqlarda inkişafdan qalma, çəki azlığı və yaxud əksinə piylənmə kimi ciddi problemlərə yol açır. Təmiz kərə yağı isə bədənin yağ mübadiləsini tənzimləyə bilir.”
V.Əhmədova onu da qeyd etdi ki, yağ alarkən qiymətə deyil keyfiyyətə baxmaq lazımdır.
Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33
“Sputnik Azərbaycan” Mətbuat Şurasında MÜZAKİRƏ EDİLDİ
14 iyul 2025 , 16:21