Afətlə Günay arasında<span style="color:red;"> QALMAQAL DÜŞDÜ : <span style="color:red;">"Şəbnəmin, Damlanın..."
05 iyul 2019 16:36 (UTC +04:00)

Afətlə Günay arasında QALMAQAL DÜŞDÜ: "Şəbnəmin, Damlanın..."

Müğənni Günay İbrahimlinin “Trenddə olanlarla eyni sırada olmaq istəmərəm” deməsi qalmaqala səbəb olub.

Lent.az-ın canlı yayımında qonaq olan müğənni Afət Fərmanıqızı Günay İbrahimlinin fikirlərinə etiraz edib: "Şəbnəmin, Damlanın Günaydan nəyi əskikdir? Günaydan artıqdırlar. Xalq  boşuna  pul verib, onları toya aparmır. Canlı sənət göstəriblər toyda. Günay toyda nə oxuyur? Gəlsin "Ana" muğamı oxuyaq. Mahnıların şahı muğamdır. Demirəm, mən yüksək səviyyədə oxuyanam, amma toyda segah, muğam oxuyuram. Mən Günayın toylarda oxuduğu estrada mahnılarını oxuya bilirəm. Nənəm də estarada oxuyar, ən asan janrdır. Amma muğam, aşıq mahnısı oxumaq üçün boğaz lazımdır. Bir ayda 4 səfərdə olmuşam. Hər gün toyum var. Mənə efirdən toy gəlmir. Toydan toy tutmuşam. Pisəm mən?".

Qeyd edək ki, G.İbrahimlinin trenddə olan müğənnilər haqqında bu sözləri demişdi: "Trendə düşməyi heç istəmirəm. Orada olan müğənnilər sırasında olmaqdansa, sənəti ataram. Özümü onların sırasında görmürəm. Savadlı musiqi deyil bunlar. Onu musiqi adlandırmıram. Biabırçılıqdır onlar".

 

# 1650
avatar

Yalçın UĞUR

Oxşar yazılar