Röya Ayxan onunla barışdı: <span style="color:red;">"Bacım ailə quranda..."  - <span style="color:red;">VİDEO
24 iyun 2019 10:03 (UTC +04:00)

Röya Ayxan onunla barışdı: "Bacım ailə quranda..." - VİDEO

Uzun illər küsülü olan əməkdar artistlər Dilarə Əliyeva və Röya Ayxan barışıb.

Lent.az-ın məlumatına görə, müğənni D.Əliyevanın qızı Aytənin toyuna gəlib və musiqi hədiyyələrini təqdim edib. Bu zaman aktrisa ifaçının mahnısına oynayıb. Barışıqdan sonra Röya təəssüratlarını sosial şəbəkədə yazıb: “Bacım ailə quranda Oqtay bəylə Dilarə xanımı dəvət elədim, gəlib iştirak etdilər. İnanmırdım ki, gəlsinlər. O toyda olmaq şərəf idi, sədaqət borcum var idi”.

Qeyd edək ki, Dilarə sonuncu açıqlamasında Röya barədə bu sözləri demişdi: “Kəskin münasibət mənim yox, Röya tərəfdən olub. O, düzgün anlamayıb. Hər zaman deyirdim ki, o şeyləri əvvəl Röya özünə icazə verirdi, hazırda isə əksinədir. İndi o başqa Röya olub. Heç kimlə şəxsi qərəzim yoxdur. Gedib kiminsə yerinə toyda mahnı oxuyacam?

Əlimdə o boyda veriliş, tamaşalarım, filmlərim var. Kiminsə yolunu kəsib qalmaqal edib, gündəmə gəlmək fikrim yoxdur. Gördüyünüz işin belə bir başqası tərəfindən analizini eşidirsinizsə, özünüzə fikir verin. Güzgünü çevirin fikirləşin ki, nəyi düz etmədim? Mənim heç kimlə münasibətim pis deyil”. 

 

# 1776
avatar

Yalçın UĞUR

Oxşar yazılar