5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra  vəziyyəti pisləşərək ölüb
27 sentyabr 2026 08:11 (UTC +04:00)

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

0

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda özəl klinikada diş müalicəsi alan 5 yaşlı Hatice Serra Kıl müalicədən sonra vəziyyəti pisləşərək xəstəxanada ölüb.

Lent.az xəbər verir ki, məlumata görə, kiçik qız müalicədən sonra ailəsi ilə birlikdə evə qayıdıb. Bir müddət sonra onun vəziyyəti pisləşib və valideynləri uşağı xəstəxanaya aparıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq, Hatice Serranı xilas etmək mümkün olmayıb.

Qızın anesteziyadan sonra vəziyyətinin pisləşdiyi iddia olunur. Onun dəqiq ölüm səbəbi aparılacaq məhkəmə tibi ekspertizanın rəyindən sonra müəyyənləşəcək.

Hadisə ilə bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 106

Oxşar yazılar