

DİQQƏT! - Yayda maşınlarda daha çox bunlar sıradan çıxır: USTA DANIŞIR
Havaların istiləşməsi ilə əlaqədar tez-tez maşın ustaları avtomobillərin yay rejiminə keçirilməli olduğunu bildirirlər.
Bəs bu rejimə necə keçirilməlidir? İsti aylarda maşında hansı problemlər yarana bilər? Həmçinin sürücüləri bu aylarda ən çox nələr narahat edir?
Mövzu ilə əlaqədar ilk olaraq Lent.az-ın suallarını cavablayan maşın ustası Bəxtiyar Əliyev deyib ki, əslində yay sezonuna keçdikdə təkərlər mütləq dəyişilməlidir:

“Qış mövsümündə istifadə edilən şinləri yayda avtomobilin üzərində saxlamaq olmaz. Qış rejimində istifadə olunmalı təkərlər qara, buza qarşı olur. Yayda isə buna ehtiyac qalmır. Yayda qış üçün olan təkərləri istifadə etmək qəza riskini artırır və maşının özünə zərərlidir. Həmçinin bu təkərlərin səsi bərk olur və bunlar asfaltı da dağıdır. Düzdür, təkərləri mövsümə görə dəyişənlər də var, amma bu çox deyil. Buna səbəb isə maddiyatla bağlı olur”.
Usta qeyd edib ki, isti aylarda ən çox problemlər kondisionerlə bağlı olur:
“Bu zaman mütləq kondisionerin qazı vurulmalı və yoxlanılmalıdır. Problemli və narahat maşınlar isə Sovet maşınları olur. Çünki onlarda kondisioner olmur və istinin çox olması nəticəsində maşının radiatrı qızır. Xarici maşınlarda da kondisioner problemləri olur. Belə ki, uzaq yol gedəndə, hündür yer qalxanda radiatr suyu qızdırır və dərəcəsini artırır. Bu isə maşına zərərlidir və matoru sıradan çıxara bilər. Bu səbəbdən də bu cür hallarda fasilə etmək mütləqdir”.
Sürücü Orxan Qəmbərov isə deyir ki, isti havalarda benzin çatdırmaq olmur:
“İstiyə görə məcbur kondisioner qoşuruq, bu da benzinin daha tez bitməsinə gətirib çıxarır. Bundan başqa kondisionerin də tez-tez qazı qurtarır. Sürücülərə məsləhət görərdim ki, kondisioneri ancaq yay aylarında qoşmasınlar. Bunu mənə ustam həmişə deyir. Belə ki, soyuq aylarda heç olmasa bir neçə dəfə kondisioner qoşulmalıdır ki, yay aylarında kondisionerlərdə ciddi problemlər yaranmasın
Həmçinin yay aylarından sonra şüşə silənlərdə də problem yaranır. İsti havalarda işlətmədiyimizdən bizə lazım olduqda ləng işləyir və quruyur. Buna görə də isti havalarda da az olsa belə şüşə silənlərdən istifadə etmək, ona su vurmaq lazımdır”.
Taksi sürücüsü Elşən Namazov ən çox maşının suyunun qızmasından narahat olur:
“Gündəlik olaraq ən çox maşın istifadə edənlər biz və avtobuslar olur. Buna görə də bizim maşınlarda tez-tez matorla bağlı problemlər əmələ gəlir. Buna çarə tapmadığım üçün çalışıram ki, kölgə olan yerlərdə maşını saxlayım ki, biraz dincəlsin. Yeni mövsümdə təkərləri dəyişməyə isə imkan edə bilmirəm, ancaq təkər partladıqda, ciddi nasazlıq olduqda dəyişirəm”.
Digər sürücü Namiq Quliyev isə təkəri sezona uyğun olaraq dəyişdiyini bildirir:
“Artıq 14 ildir ki, avtomobilim var və ondan daimi istifadə edirəm. Təkərlərə diqqət edirəm və tez-tez yoxlatdırıram. Bu 14 ildə çox xırda maşınla bağlı problemlərim çıxıb ki, buna səbəb maşınıma diqqətli olmağımdır. İsti aylar isə sürücülər üçün çox çətin olur. Buna görə də çalışıram ki, səfərlərə maşınla çıxmayım. Çünki sürücülər üçün bu istirahət sayılmır”.
Oxşar yazılar

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06