
Uşaq əməyinin istismarının qarşısını necə almaq olar?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Tovuz rayonunda “Uşaq əməyinin istismarının qarşısının alınması” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirmə tədbiri keçirib.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, tədbirdə idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin sahibkarlar iştirak ediblər.
İştirakçılar uşaq əməyinin istismarı, məcburi əmək və insan alveri ilə mübarizədə mövcud olan beynəlxalq konvensiyalar və ölkə qanunvericiliyi barədə məlumatlandırılıb və mövzu ilə bağlı müzakirələr aparılıb.
Bildirilib ki, Əmək Məcəlləsinin 12-ci maddəsinin tələblərinə əsasən 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. Qeyd olunan hal ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 192.8-ci və 192.9-cu maddələrinə əsasən inzibati məsuliyyət nəzərdə tutulub.
Qeyd edilib ki, Əmək Müqaviləsi Bildirişlərinin Elektron İnformasiya Sistemi 15 yaşdan aşağı olan şəxslərlə hər hansı əmək müqaviləsinin qeydiyyatdan keçirilməsinə və rəsmiləşdirilməsinə imkan vermir. Başqa sözlə, sistem belə müqavilələri avtomatik müəyyən edir və onlarla bağlı bildirişləri heç bir halda qeydiyyat üçün qəbul etmir.
Qeyri-rəsmi məşğulluğun mənfi nəticələri barədə də məlumat verilib. Əmək münasibətlərinin qeyri-leqal şəkildə həyata keçirilməsinin işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olduğu vurğulanıb.
Oxşar yazılar

Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA
15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək
15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ
15 iyul 2025 , 15:20
Bu yerlərə leysan yağacaq
15 iyul 2025 , 14:56