![[b]"Dövlət borcu azalıb" - Maliyyə naziri[/b]](https://lent.az/storage/news/2019/may/21/big/6fb9e7a29bdd6dc0a4e9bdc050a79d8f.jpg)
[b]"Dövlət borcu azalıb" - Maliyyə naziri[/b]
0
0
"Dövlət borcu ilə bağlı görülən tədbirlər öz nəticələrini verməkdədir".
ONA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.
S.Şərifovun sözlərinə görə, Prezident tərəfindən dövlət borcunun ÜDM-ə nisbətinin azaldılması tapşırığı qoyulub: "Bu tapşırıq mərhələlərlə icra olunmaqdadır. Artıq 1 il ərzində həmin nisbəti 17% azaltmağa nail olmuşuq. Bu gün xarici valyuta idarə olunan dövlət borcu əvvəlki 24%-dən 19%-dək endirilib. Yəni 5 faiz bəndinədək azalma baş verib".
0
0