Türkiyədə yaşayan müğənni Azəri Günel Zeynalova Bakıya gəlib. Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, gəlişinin səbəbi qardaşı Tunar Rəhmanoğlunun ata olmasıdır. Qardaşını təbrik edən Günel daha sonra ata və anası ilə çəkilmiş şəkillərini sosial şəbəkədə paylaşıb. O, fotoya “Mənim ailəm” şərhini yazıb.