<b><span style="color:red;">"Məşhur olmaq həvəsim qalsaydı..."  - Samirə Mustafayeva sükutu pozdu</b>
04 may 2019 14:21 (UTC +04:00)

"Məşhur olmaq həvəsim qalsaydı..." - Samirə Mustafayeva sükutu pozdu

"Uzun zamandan sonra qərara gəldim ki, cavabsız buraxmayım. Çünki susduqca, siz susmursuz. Amma öncə yerləşdirdiyim şəkli çevirərək oxuyun. Əvvəla mən artıq 4 ildir ki, nə aparıcıyam, nə aktrisa, nə mügənni, nə də məşhur biri. Sadə vətəndaşam".
 
Lent.az axşam.az-a istinadla bildirir ki, bu sözləri bir vaxtlar aparıcı kimi çalışan, hazırda tanınmış vizajist olan Samirə Mustafayeva sosial şəbəkədə yazıb. Samirə bir neçə gün əvvəl yayılan görüntüsündən və sosial şəbəkələrdə ünvanına yazılan tənqidlərə münasibət bildirib:
 
"Görəsən, kimə nə fayda verdi Samirənin görkəmindəki dəyişiklik? Hər gün körpə qiz və oglanların cinsi zorakılığa məruz qalması, gənc qizların intiharı, narkomaniya, cinsiyyətini qadına dəyişən kişilərdən vacibdirmi Samirənin görkəminin dəyişməsi? Yəni bu qədərmi qlobal məsələ idi bu? Bekar qalmısız? Yoxsa nədir dərdiniz? 15 il gecə-gündüz, bayram, yas bilmədən əziyyət çəkib çalışdım, bu gün bu sahədə çalışan bəzi gənc jurnalistlərə dəstək oldum, ən ali mükafatımı - Cənab Prezidentin tərəqqi medalı ilə təltif olundum. Gülünc məlumatla 15 illik əziyyətimi ləkələməkdən başqa nəyə nail olursuz? Nə verdi axı bu sizə? 
 
Bu gün övladımı böyütmək, özüm öz ayağımda dayanmaq üçün 4 ölkədə əziyyət çəkib öyrəndiyim peşəyə aid suallarla müraciət edin. Bir xəbər aparıcısının, sonda bir qadının zəhmətlə başqa bir sahədə yeni nailiyyətlərə necə yiyələndiyini işıqlandırın. Çətindirmi yaxşılıq etmək? 
 
O ki, qaldı görkəmə... Görkəmimi yuxarıda qeyd etdiyim kimi, sizə görk etmədiyimə görə bu barədə çox yazmaq istəməzdim. Nə kosmetoloqların hamısını mən istifadə etmişəm, nə də estetik cərrahların yanına yazılma növbəsini tək mən doldurmuşam. Nə etmişəm, özümə etmişəm və güzgüyə baxdığımda halımdan da məmnunam. İllər keçməsinə baxmayaraq, pis, yaxşı məni xatırladığınız üçün təşəkkur. 
 
Xahiş edirəm, boşanma ərəfəmdən bu günə kimi nə yazdınızsa susdum, cavab vermədim, hər şərhdə bilib-bilmədən yazdığınız sözlərə görə nələr keçirdiyimdən xəbəriniz olmadı. Bu barədə çox dərinə getmək istəməzdim, xahiş edirəm başımı salıb uşagımı böyüdürəm. Mənimlə işiniz olmasın. Görürəm ki, mən susduqca, siz susmursuz. 
 
Gündəmdə olmaq istəsəydim, telekanallar, saytlar üzümə açıqdı. Məşhur olmaq həvəsim qalsaydı, hətta öz İnstaqram səhifəmdən belə istifadə edə bilərdim. Çox rica edirəm, məni belə məsələlərlə gündəmə gətirməyin. Həyatda heç birimiz heç nədən sığortalı deyilik. Bu gün mənim üçün düzgün, doğru yaşamaq, əvvəlki zamanlardan daha çətindi, hər şeydə böyuk məsuliyyət daşıyıram".
# 4650
avatar

Oxşar yazılar