Əməkdar artist Ruhəngiz Allahverdiyeva “5/5” verilişində qonağı olub.
Lent.az-ın məlumatına görə, 63 yaşlı ifaçı bildirib ki, onun sponsoru yoxdur: “Problemlərim var idi. Düz 5 aydan çox idi ki, səs tellərimdə problem yaranmışdı. Toylara getmirdim. Çünki mən el məclislərində yalnız canlı oxuyuram".
Əməkdar artist şəxsi həyatında hər şeyin yolunda olduğunu deyib: "Amma bir az ev problemim var. Böyük oğlumu evləndirmişəm, amma 2 uşağım subaydır. Qürurla deyə bilərəm ki, illərdi qazandığım pula uşaqlarıma ali təhsil verə bilmişəm. Heç vaxt sponsorum olmayıb. Heç kəs də deyə bilməz ki, mənə nəsə hədiyyə edib”.