
Baş rolun ifaçısı məşhur serialdan getdi : “Pullar hara gedir?” - QALMAQAL
İctimai televiziyada yayımlanan “Dağıntılar altında” serialında əsas rollardan biri olan Şahmarı oynayan aktyor Səmimi Fərhad serialdan çıxıb.
Aktyor Lent.az-a verdiyi açıqlamada bildirib ki, serialdan getmə səbəbi ona vəd olunan qonorarın vaxtlı-vaxtında ödənməməsidir: “Bir aktyor sevdiyi obrazından, məsuliyyətlə və sevə-sevə çalışdığı seriyaldan niyə çıxsın ki? Yalnız və yalnız həmişə olduğu kimi, maaşların vaxtlı vaxtında verilməməsinə görə.
Bu hal mütəmadi təkrarlandıqca mən də, belə getsə çıxacağımı açıq şəkildə bildirmişdim. Prodüsserin dediyinə görə, pulu ödəyən qurum gecikdirir. Bəs, seriallara pul ayrılması ilə bağlı ölkə başçısının sərəncamı? Hara gedir ayrılan pullar? Özümə və sənətimə dəyər verirəm, ona görə də serialı tərk etdim”.
Oxşar yazılar

Mütləq izləməli olduğunuz 7 həyəcanverici detektiv serial - VİDEO
18 iyul 2025 , 14:45
Kefinizi açacaq 5 məzəli film - VİDEO
17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi
17 iyul 2025 , 16:25
Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO
16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO
16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO
16 iyul 2025 , 11:25
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
15 iyul 2025 , 16:19
Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35