
Tural Gəncəliyev: "Erməni qoşunları işğal olunmuş ərazilərdən tam çıxmalıdır"
“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması erməni icması ilə bir yerdə daimi sülh şəraitində yaşamağa hazırdır. Lakin bu, Ermənistanın işğalçı ordusu Azərbaycan torpaqlarından geri çəkildikdən sonra mümkündür”.
ONA-nın Qarabağ bürosunun məlumatına görə, bunu Cocuq Mərcanlıya səfər edən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bildirib.
O qeyd edib ki, Dağlıq Qarabağın 86 min nəfərlik azərbaycanlı icması dədə-baba torpaqlarına geri qayıtmaq, öz mülkiyyətlərinə sahib olmaq arzusu ilə yaşayır: “Biz bu arzunun tezliklə həyata keçiriləcəyinə ümid edirik. Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən aparılan sülh danışıqları, konstruktiv mövqe ortadadır. Dağlıq Qarabaq icması olaraq biz sülh istəyirik. Biz öz mülkiyyət və torpaq hüquqlarımızdan məhrum olmuşuq. Ona görə də yaxşı olar ki, Ermənistan dövləti bunu tez başa düşsün və işqalçı qüvvələrini tezliklə Azərbaycan torpaqlarından çıxartsın, biz öz torpaqlarımıza geri dönək. Əks halda Ermənistan qoşunlarının Azərbaycan torpaqlarında daimi qalması mümkün olmayacaq. Ermənistan bunu nə qədər tez başa düşsə, onun üçün daha yaxşı olar. Erməni qoşunları işğal olunmuş ərazilərdən tam çıxmalıdır. Yalnız bundan sonra erməni icması ilə bir yerdə sülh şəraitində, Azərbaycan Respublikasınln suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədləri çərçivəsində yaşamağa hazırıq”.
Oxşar yazılar

Suriya Prezidenti Azərbaycana gələcək
12 iyul 2025 , 12:51
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35